"Mercedes" necə yaranıb?
03 May 2022
1901-ci il martın 31-i ilk "Mercedes" avtomobilinin buraxılış tarixi hesab edilir. Amma bu tam dəqiq məlumat deyil.
1890-cı ildə Qotlib Daimler Ştutqartda Dailmler Motoren Gesellschaft şirkətini qurub və dörd il əvvəl Vilhelm Maybax ilə birlikdə yaratdığı dörd təkərli avtomobili istehsal etmək qərarına gəlib.
Həmin il avtomobil sifarişçiyə - Avstriya-Macarıstan İmperiyasının Nitsadakı baş konsulu və Fransadakı Daimler nümayəndəliyinin rəhbəri Emil Ellinekə təhvil verilib.
Avtomobil onun qızı Mersedesin şərəfinə belə adlandırılıb.
"Siz avtomobilinizə istədiyiniz adı verə bilərsiniz, - Ellinek öz şərtlərini Qottlib Daimlerə diktə edirdi, - amma alver etdiyim maşınların adı "Mercedes" olacaq!"
Yeri gəlmişkən, tarixçilərin iddiasına görə, Adriana Manuela Ramona "Mercedes" Ellinek heç vaxt atasının avtomobilə olan sevgisini bölüşməyib.
Birincisi "Mercedes-35PS" idi - bu adı texniki xüsusiyyətlərinə, yəni 35 at gücünə malik 6 litrlik 4 silindrli mühərrikə görə almışdı. Lakin onun 1901-ci ildə ilk dəfə ictimaiyyət qarşısına çıxarılmasını bir sözlə - fiasko ilə ifadə etmək olar.
"Dubl iki" bir ay sonra Nitsadakı yarışlara çıxarılır, bu dəfə bəxt, necə deyərlər, gənc şirkətin üzə gülür – "Mercedes" pilotu Vilhelm Verner yarışın qalibi olur.
Deyilənə görə, əfsanəvi ifadə məhz o vaxt deyilib: "Biz "Mersedes" dövrünə qədəm qoyuruq". Adı ilə yanaşı, şirkətin mühüm atributu onun emblemi - üçbucaqlı ulduzdur.
1923-cü ildə şirkətə baş mühəndis kimi gələn Ferdinand Porşe də bu markanın avtomobillərinə əl qoyub. Üç il sonra Daimler və Benz birləşib. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl birləşmiş şirkət bir neçə uğurlu model buraxmağı bacarıb.
Almaniyanın müttəfiq təyyarələri tərəfindən bombalanmasından sonra avtomobil imperiyasından praktiki olaraq heç nə qalmayıb.
Bununla belə, alman brendinin tarixi bununla bitməyib. 1940-cı illərin sonunda "Mercedes" lüks avtomobil istehsalçısı statusunu bərpa etməyə başlayıb.
Ancaq "Mercedes"in tarixi brendin avtoidmandakı nailiyyətləri olmadan tamamlanmazdı. Uğur həmişə "gümüş oxları" müşayiət etmirdi, lakin onlar haqlı olaraq müxtəlif taktlar üzrə lider mövqe tuturlar.
Niyə "Gümüş oxlar?" Bu hekayə 1934-cü ildə başlayır. O vaxt "Formula 1"də avtomobillərin maksimum kütləsini 750 kiloqram ilə məhdudlaşdıran yeni texniki reqlament qüvvəyə minib və Daimler-Benz avtoidmana qayıtmaq üçün bu fürsətdən istifadə etməyə qərar verib.
Avtomobil konserni də Adolf Hitlerin başçılıq etdiyi Almaniyanın nasist hökumətinin mövqeyinə təkan verir - o, yarış komandasının gələcək uğurlarından təbliğat məqsədləri üçün istifadə etməyə hazırlaşır.
O illərdə yarışlarda hər ölkənin avtomobillər üçün öz rəngi var idi. Almaniyadan gələn maşınlar ağ rəngə boyanırdı. (Lent.az)