“"Mənə kriminal adını qoyanlarla hər zaman üz-üzə gəlməyə hazıram” - MÜSAHİBƏ-VİDEO
29 Aprel 2022
Uzun illərdir Ukraynada yaşayan tanınmış diaspor rəhbəri, iş adamı Oleq Krapivin (Bakinski) bir müddətdir Bakıdadır.
Onunla gündəmdəki mövzular, eləcə də Ukraynadakı müharibənin təsirləri, diaspor fəaliyyəti barədə müsahibə alınıb.
Əvvəlcədən qeyd edək ki, Oleq Krapivin 1966-cı ildə Şamaxıda anadan olub. O, Bakıda, daha sonra isə Ukraynada biznes fəaliyyəti ilə məşğul olub. “Forbes”in 2014-ci ildə yaydığı məlumata görə, Krapivin 84 milyon dollarlıq var-dövlətlə Ukraynadakı ən varlı 100 nəfərdən biridir. Peşəkar güləşçi olan Oleq Krapivin iş adamı, xeyriyyəçi, diaspor nümayəndəsi, siyasətçi, zaman-zaman isə kriminal dairələrdə nüfuz sahibi kimi gündəmə gəlib. Biz də onunla bu mövzular, həmçinin hazırda Ukraynadakı vəziyyət barədə danışdıq.
- Vətənə tez-tez gəlirsiniz?
- Vətənsiz insan insan deyil. Hər dəfə Azərbaycana gələndə doğulduğum Şamaxı rayonuna da baş çəkirəm. Çünki biz orada güləş məktəbi tikmişik, hər dəfə gedib maraqlanıram. Sağlamlıq çox vacibdir, oradakı uşaqlar bizim gələcəyimizdir, sabahın əsgərləridi, ona görə də sağlam ruha sahib olmalıdırlar.
- Bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə diaspor fəaliyyətindəki aktiv rolunuza görə “Dostluq” ordeni ilə təltif olundunuz.
- Bu, mənim üçün çox böyük şərəfdir. İnsana bundan artıq heç nə lazım deyil. Bütün dünya azərbaycanlıları böyük fəxr yaşayırlar ki, biz arzumuza çatmışıq, bayramlarımızı Şuşada, işğaldan azad edilmiş torpaqlarımızda qeyd edirik. Biz Prezidentin qurduğu yolu davam etdirəcəyik və bu yolu fəxrlə sona çatdıracağıq. Vətən Müharibəsi vaxtı biz hər gün cənab Prezidentin çıxışını gözləyirdik. Hər dəfə hansısa kənd və ya şəhərin azad edilməsini eşidib bayram edirdik. Onun çıxışları bizə böyük ruh verirdi. Mən özüm çox istəyirdim müharibə vaxtı gəlim burada olum. Ukraynadan bacardığımız yardımı etməyə çalışırdıq, paltar, ərzaq, pul göndərirdik. Mən də, ailəm də, övladlarım da hər zaman Azərbaycanın qulluğundayıq, vətənimiz üçün müharibəyə getməyə də hazırıq.
- Şuşada keçirilən Dünya Azərbaycanlılarının Konqresinin işi barədə nə deyə bilərsiniz?
- Belə tədbirlər çox əhəmiyyətlidir. Şuşada Amerikada və digər ölkələrdə yaşayan xeyli azərbaycanlılarla tanış oldum. Biz birlikdə işlər görəcəyik və yaşadığımız ölkələrdə dövlətimizin, xalqımızın başını uca edəcəyik. Doğrudur, əvvəllər də diaspor təşkilatları var idi, amma iş yox idi. Amma indi tam fərqlidir. Bayramlarda, mitinqlərdə başqa ölkələrdəki digər xalqlar da görürlər ki, biz bir araya gəlməyi necə bacarırıq.
- Ukraynadakı müharibə barədə nə deyə bilərsiniz? Müharibə yəqin sizi də qəfil yaxaladı...
- Müharibəni demək olar, heç kim gözləmirdi. Heç vaxt yadımdan çıxmaz, biz fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirə yığışmışdıq. Bizim səfir, Türkiyənin Ukraynadakı səfiri də həmin tədbirdə idi. 40-50 dəqiqə keçmişdi ki, Türkiyə səfirinə zəng gəldi. Az sonra geri qayıdanda bizim səfirə dedi ki, buradakı öz xalqlarımızın nümayəndələrini bacardığımız qədər tez çıxarmaq lazımdır. 23-dən 24-nə keçən gecə şəhəri bombalamağa başladılar. 24-ü səhər dərhal bizim Ukrayna Azərbaycanlıları Radasına getdim, azərbaycanlı əhalinin təxliyəsi ilə bağlı işlərə başladıq. İlk günlər insanları avtobuslarla, sonra isə qatarla yola salmağa başladıq. Birinci qatarla 1100, ikinci ilə isə 1400 nəfər yola saldıq. Vağzalda 50-100 min insan cəmlənirdi. Bizim üçün çətin idi onlara deyək ki, öz xalqımızı göndəririk, siz qatara minməyin. Müharibə dövründə panikada olan əhaliyə bunu demək asan deyildi. Həmin vaxt polisin köməkliyi ilə insanlarımızın qatarlara yolunu açmaq üçün koridorlar yaratdıq. Bütün bu işlərdə bizimlə Moldovadakı səfir Qüdsi Osmanov sıx əməkdaşlıq etdi, dəstək verdi, ona təşəkkür edirəm. Milli Qəhrəman Viktor Vasilyeviç Seryoginin ailəsini də Xarkovdan biz çıxardıq. Həmin vaxt Xarkova daxil olmaq çox çətin idi, bununla belə şəhərə daxil olub Milli Qəhrəmanın anası ilə həyat yoldaşını oradan çıxarıb Moldovaya - Qüdsi müəllimin yanına göndərdik.
- Ukraynada vətəndaşlarımızın təxliyəsi zamanı sanki bir pərakəndəlik hiss olunurdu. Bəzi diaspor rəhbərləri gözə dəymirdi.
- Bilirsiniz, hər insan döyüşməyə, vuruşmağa hazır deyil. Elə insanlar var ki, onlar barədə də danışa bilmərəm. Çünki insandır, ola bilər ki, öz ailəsini daha çox düşünür, mən onlara qiymət verə bilmərəm. Hər insan həyatda özü öz seçimlərini edir.
- Müharibə vaxtı uzun müddət Kiyevdə və yaşadığınız evin yerləşdiyi İrpendə qalmısınız. Təhlükəli deyildi?
- Komendant saatı bitən kimi uşaqlar mənim ardımca gəlirdilər. Silahımızı götürüb, zirehli gödəkçə geyinib çıxırdıq. Minaların partlaması, bombalanmalar hamısı gözümüzün qarşısında olub. Evimizə, mülkümüzə gəlincə, bu günə kimi elə bir ziyan dəyməyib. Bundan sonra nə olacaq bilmirəm. Bir dəfə İrpenə gedəndə özüm bomardmana düşdüm. Həmin şəhərdə Zərifə Əliyeva adına park və məktəb var, oranın vəziyyəti ilə maraqlanmaq üçün getmişdik, həm də yardım aparmışdıq. Həmin gün güclü bombardmana düşdük və İrpendən çıxa bilmədik.
- Bildiyimizə görə bir neçə il əvvəl Ukraynada siyasətə də qoşulmusunuz, Prezidentliyə namizəd olmusunuz. Bu gün orada siyasi münasibətlər necədir?
- Bu gün orda siyasət yoxdur. Əgər orda siyasət olsaydı, düzgün siyasət aparılsaydı, bu müharibə də olmazdı. Milyonlarla ailə dağıldı, milyonlarla insan ölkəni tərk etdi. Məncə Ukraynanın gələcəkdə çox ciddi kadr problemi olacaq. Ölkəni tərk edən gənclərin çoxları geri qayıtmayacaq. Həm də nə qədər insanlar öldü, hələ bu nə qədər davam edəcək bilinmir. Mənim özümün nə qədər dostlarım, tanışlarım var, neçə həftədir onlardan xəbər yoxdur. Minlərlə insanın taleyi naməlumdur.
- Müharibə sizə nə qədər maddi ziyan vurub?
- Müharibə mənə də, ortaqlarıma da ciddi ziyan vurdu. Bundan əvvəl də pandemiya işlərimizdə problem yaratmışdı. Lakin işçiləri buraxmamışıq, təxminən deyə bilərəm ki, mənə 10-15 milyon dollar ziyan vurub. Əsas layihələrimiz dayanıb. Kiyevdə villa kompleksi tikirdik, orada baza məktəbi də tikmək istəyirdik, onun bünövrəsini də qoymuşduq, lakin hamısı dayanıb. Bütün bunlarla belə mənə maddi itki yox, insan itkisi təsir edir.
- Sizi iş adamı olmaqla yanaşı, hər zaman kriminal dairələrdə nüfuz sahibi kimi də təqdim edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Başa düşə bilmirəm, insanlar kriminal nəyə deyir? Əgər kiminsə sözü keçirsə, ağsaqqal kimi nüfuzu varsa ona kriminal deyirlər? Kriminal cinayət törətməkdirsə, mənim cinayətim olmayıb. Cinayətim olsaydı, burda sizinlə bir yerdə otura bilməzdim. Mən özümü heç vaxt kriminal saymamışam. Əgər kimsə gəlib haqsızlığa uğradığını deyibsə, ona köməklik göstərilməsini, söhbətində iştirak etməyimi xahiş edibsə, bir böyük kimi müdaxilə etmişəmsə, bu, kriminal deyil. Kriminal kimisə aldadan, kimisə vuran, kimdənsə nəsə alıb qaytarmayandır. Amma mənim belə əməllərim olmayıb. Kimisə kriminal sözü ilə ləkələmək doğru deyil. Hörmət qazanmaq isə çətindir, minlərlə insana kömək edib, birinə etməyəndə bəzən başqa cür təqdim edirlər, o da düz deyil. Düzü, haqqı demisənsə və bu kiminsə xoşuna gəlməyibsə, həmin adamın sözü ilə mənə kriminal adını qoyanlarla hər zaman üz-üzə gəlməyə hazıram ki, mənə sübut eləsinlər kriminal nədir.
Mən heç vaxt heç kimdən pul tələb etməmişəm. Demişəm ki, kimə borcun varsa, apar həmin adama qaytar. Elə insanlar var ki, bunun adını kriminal qoyurlar. Bir də görürsən kimsə kiminsə pulun qaytarmır, deyirəm həmin adamın haqqını ver. Sonra gedib deyirlər ki, Oleq müəllim bizdən pul tələb edir. Mənim kiminsə puluna ehtiyacım yoxdur. Hər zaman öz pulumu xərcləmişəm. Hər zaman həmvətənlərimizi dəstəkləmişəm. Ukraynanın olimpiyadada gümüş medal qazanan Pərviz Nəsibovu dəstəkləyəndə niyə mənə kriminal demirlər? Və ya məktəblərdə müəllimlərin maaşını verəndə, evsiz uşaqlara dəstək verəndə mənə kriminal demirlər? Başa düşürəm, həmişə hamı üçün yaxşı ola bilməzsən. Amma mən düzgün bildiyimi edirəm, haqqın yolunu saxlamağa çalışıram.
1996-cı ildən Azərbaycanın əməkdar məşqçisiyəm. Prezident tərəfindən bir neçə dəfə təltif edilmişəm. Kriminalı dövlət təltif edər? Nə qədər idmançılar yetişdirmişəm, Namiq Abduallayevlə, Xəzər İsayevlə birgə məşq etmişəm. Hər il Həmrəylik Günündə beynəlxalq səviyyəli turnir keçiririk. 500-ədək idmançının iştirak etdiyi yarışın təşkil edilməsi, idmançıların qalması, qidalanması, mükafatların verilməsi... Bunlar hansı pulla edilib? Mən kriminal olsaydım pulumu başqa istiqamətə yönəldərdim. Lakin həmişə istəmişəm gənclərə dəstək olum, idmanı, xüsusilə güləşi inkişaf etdirim. Gücüm buna çatıb, bunu da eləmişəm.
- MDB məkanında, xüsusilə Ukrayna və Rusiyada bazarların idarə edilməsində rolu olan azərbaycanlı kriminal avtoritetlərin, xüsusilə Rövşən “Lənkəranski” və “Lotu” Qulinin ölümündən sonra bu sahədə belə demək olarsa, lidersizlik müşahidə edilmir? Çünki Ukraynada da xeyli azərbaycanlının iş yeri məhz bazarlardır.
- Lider bütün sahələrdə, hər yerdə olmalıdır. Elə məsələlər, elə alınmayan söhbətlər var ki, hansısa nüfuzlu insan gəlib orada öz sözünü, mövqeyini deməlidir. Mən diaspor təşkilatını yaradanda, bazarlarda işləyən, həmçinin digər sahələrdəki həmyerlilərimizi yığıb onlara dedim ki, nə çətinliklə qarşılaşsanız deyin. 3-4 il ərzində orada pis məqamlar var idi. İnsanlar hər yerdə kiməsə arxayın olmalıdırlar. Elə olurdu ki, polislərlə problem olurdu. Məsələn, son günlərdə Şuşada olanda mənə 3-4 nəfər müraciət edib ki, filankəsin qohumu və ya başqa birisi Ukraynada tutulub. Heç bilmirəm nə olub, niyə tutulub, amma yenə də maraqlanıram nəsə etməyə çalışıram. Bazarlara gəlincə, bazarlarda hər zaman ticarət mübahisələri olur.
Əgər sən güclü adamsansa, zəifin malının pulunu verməmək nə deməkdir?! Ona görə hər zaman nüfuzlu adamlar olmalıdır, lazım gələndə deməlidir ki, mehriban olun, kimsə bir-birinə paxıllıq etməsin. Kimin pulu var millətə kömək eləsin, məktəblər açsın, idmançılara dayaq olsun. Mən 2-3 nəfərə kömək etmişəm alim olub. Sonra onları görəndə sözümü dedim, niyə indi öz həmvətənlərinizə kömək etmirsiniz? Ehtiyacınız olanda xahiş edirdiniz, indi öz yerinizi tutmusunuz, siz də aşağıdan gələnlərə dəstək olmalısınız. Bəzən insan sözün düzünü deyəndə, bəzilərinin xoşu gəlmir. (Qafqazinfo)