Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məleykə Abbaszadə “Şərəf” ordeni ilə təltif olunub

Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.

Pressklub.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 23-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 70 yaşı tamam olur.