Məhkəmə Qubad İbadoğlunu həbsdə saxlayıb
01 Avqust 2023
Avqustun 1-də Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlunun ev dustaqlığına köçürülməsilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.
Vəkil Zibeydə Sadıqova jurnalistlərə bildirib ki, müdafiə tərəfi İbadoğlunun xəstəliyini sübut edən tibbi sənədləri məhkəməyə təqdim edib.
"O, şəkərli diabetdən, hipertoniyadan əziyyət çəkir. Diabetin müalicəsi dərman qəbulu ilə yanaşı, xəstənin aktiv həyat tərzi keçirməsini, çox hərəkət etməsini tələb edir. Azadlıqda Qubad İbadoğlu idmanla məşğul olub, şəkəri normada saxlamaq üçün hər gün 5 kilometr piyada gedib. İstintaq Təcridxanasında bunun üçün şərait yoxdur. Bu səbəbdən həbs olunduqdan sonra qanda şəkəri və arterial təzyiq kəskin artıb", - o deyib.
Bundan əlavə, İbadoğlu iqtisadçı- alim, professordur və həbs olunduğu üçün elmi fəaliyyətini dayandırmağa məcburdur.
"Məhkəmənin diqqətinə çatdırdıq ki, İbadoğlu ilk çağırışda istintaqa gəlməyə hazırdır. O özü araşdırmanın tez bir zamanda aparılmasında və bəraət almaqda maraqlıdır, çünki ona qarşı ittihamların heç bir əsası yoxdur. Gizlənmək istəsəydi, ölkəyə qayıtmazdı", - Sadıqova deyib.
Bununla belə, məhkəmə vəsatəti təmin etməyib. Vəkil qeyd edib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
* Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb. Bu maddə üzrə onu 8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.İyulun 28-də Apellyasiya Məhkəməsi İbadoğlunun həbsi barədə qərarı qüvvədə saxlayıb.
** Ötən ay İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.
Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.