Maskın gəlişindən sonra işçilərin 80%-i “Twitter”i tərk edib
21 Yanvar 2023
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Amerikanın “Twitter” şirkətini aldqdan sonra işçilərin təxminən 80%-i ya işdən çıxarılıb, ya da öz ərzisəsii ilə vəzifəsini tərk ediblər.
Bu barədə CNBC telekanalı “Twitter”in daxili qeydlərinə istinadən məlumat yayıb.
Belə ki, şirkətin tam ştatlı işçilərinin sayı təxminən 1,3 min nəfərə qədər azalıb. Xüsusən, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün şirkət siyasəti, dizayn və məhsul dəyişiklikləri ilə bağlı tövsiyələrlə məşğul olan şöbədə hazırda 20-dən az daimi işçi var.
Şirkətdən ayrılan mühəndisin sözlərinə görə, işçilərin ixtisarı xidmətin saxlanmasını çətinləşdirə bilər.