Masallıda qurbağalar emal olunduqdan sonra Fransa və Türkiyəyə göndəriləcək
24 Aprel 2023
Masallı rayonunun Qızılağac kəndində qurbağa emalı ilə məşğul olan sex yaradılıb. Bu sex Masallı rayonunun Qızılağac kəndində vaxtilə yaradılmış Heyvandarlıq Kompleksinin, indiki Quşçuluq fermasının ərazisində təşkil olunub.
Bu sex “AZ FİSH AND FROG MMC”-in tərkibində, Rahim Gülmalıyevin rəhbərliyi və təşkilatçılığı ilə fəaliyyət göstərir. Cenub.az saytının Masallı İH Başçısının Qızılağac İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elşad Abbasovdan aldığı məlumata görə, burada, yuxarıda qeyd olunan ərazidə hazırda yardımçı binalar təmir olunur və yeni iş sahəsinə uyğun işləri aparılır. Vətəndaşlardan 1 kiloqramı 1.50 qəpiyə alınan qurbağalar bu sexlərdə təmizlənəcək, doğranacaq, dondurulacaq və qablaşdırılaraq qida məhsulu kimi Avropa və Asiya ölkələrinə göndəriləcək.
Hələlik burada bir neçə nəfər çalışsa da, yaxın vaxtlarda işçilərin sayının 30 nəfərə çatdırılacağı gözlənilir. Hazırda iş üçün 12 nəfər müraciət edib. Qurbağa sexinin kəndin Bala Dəniz deyilən yerin yaxınlığında yerləşməsi də təsadüfi deyil. Çünki Bala Dəniz həmin ərazidə qurbağaların çox olduğu sahədir. Ərazi nümayəndəsi onu da bildirdi ki, digər qəsəbə və kəndlərin sakinləri də bura qurbağa təhvil verə bilərlər.
Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov deyilənlər əlavə olaraq bildirdi ki, əsas məqsəd kənddə yeni iş yerlərinin yaradılmasıdır. İlkin mərhələddə işə 30 nəfər cəlb olunsa da, sonradan tələbata uyğun olaraq onların sayının artırılması nəzərdə tutulub.
Ş. Məmmədov həmçinin bildirdi ki, qurbağalar yığılan kimi emal olunub, dondurulub qablaşdırılaraq, təyyarə ilə Fransa və Türkiyəyə göndəriləcək. Qurbağaların ovlanması heç bir problem yaratmayacaq.. Eləcə də, burada qurbağa sexinin açılması Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə razılaşdırılıb, müvafiq qurumlardan lazımi rəylər alınıb və bütün normalara əməl olunur. Burada orta əmək haqqı 400-600 manat miqdarında nəzərdə tutulub.
Qurbağa sexi təkcə Masallıda deyil, Salyan rayonunun Şorsulu qəsəbəsində də açılıb.
Cenub.az həmçinin bildirir ki, qurbağaların kütləvi şəkildə toplanması (yəni məhvi ) və onların digər məqsədlər üçün istifadə olunması bəzi suallar da doğurur. Belə ki, yerli sakinlər hesab edir ki, qurbağalar bəzi ziyanverici heyvanların – milçəklərin, mığmığaların, ağcaqanadların... məhvinə yardımçı olur, daha doğrusu, qurbağalar həmin həşəratlarla qidalanmaqla onları məhv edirdilər. Qurbağalar kütləvi şəkildə məhv edilərsə, Qızılağacın dənizkənarında yerləşən, xüsusən bataqlıq ərazilərdə həşəratların kəskin şəkildə çoxalmasına səbəb olacaq. Bələdiyyə sədri Şamil Məmmədov isə bununla bağlı bildirdi ki, kənddə bu sahə üçün daha 2 hektar sahədə yer ayrılacaq ki, necə deyərlər, qurbağaların azalması heç bir problem yaratmasın.
İnternet resurslarından aldığımız bilgilərə görə, dünyanın ən böyük qurbağaları Kamerunda məskən salan Quliaf qurbağalarıdır. 3 kq, 300 q. çəkisi olan. 8 metrə qədər uzağa tullana bilən bu qurbağaların digər özəllikləri də var. Onlardan bir sıra Afrika ölkələrində qida məhsulu də kimi istifadə olunur. Lakin bütün qurbağalar əti qida məhsulu kimi istifadə olunmur. Həmçinin qurbağa ətinin ZOB xəstəliyinə ciddi faydası olduğu vurğulanır.
Cenub.az. Zahir Əmənov