Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariya Stadnik Olimpiadada medal qazana bilmədi

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda almaniyalı Anastasiya Blayvas üzərində qələbə qazanıb. Amma 1/4 finalda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavaya məğlub olub.

Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.