Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariupoldan dəhşətli xəbər: Teatrın vurulması nəticəsində 600 nəfər ölüb

Martın 16-da Rusiya tərəfindən atəşə tutulan Mariupol Dram Teatrında ölənlərin sayı açıqlanıb.

Xarici KİV xəbər verir ki, Ukraynanın dənizkənarı şəhərciyində yüzlərlə insanın gizləndiyi teatrda 600 nəfərin həlak olduğu bildirilib.

Qeyd edək ki, martın sonunda Mariupol Şəhər Şurası zərbə nəticəsində ən azı 300-ə yaxın insanın həlak olduğunu bildirmişdi. İndi isə bu rəqəm iki dəfə artıb.

Ölənlərin çoxunun cəsədini dağıntılar altından çıxartmaq mümkün olmayıb...