Malyar: "Əkshücum nəticəsində 130 kv. km ərazi azad edilib, itkilərimiz 8 dəfə azdır"
26 İyun 2023
Çoxdan gözlənən əkshücum başlayandan Ukrayna qüvvələri 130 kvadrat kilometrlik ərazini işğalçılardan geri alıblar. Müdafiə nazirinin müavini Anna Malyar iyunun 26-na keçən gecə bu haqda məlumat verib. Bu arada şərqi Donetsk vilayətində Rusiyanın hücumlarının artdığı xəbər verilir.
Ötən həftəsonu “Vaqner” muzdlu döyüşçü qrupunun başçısı Yevgeni Priqojin Rostov-na-Don şəhərini tutduqlarını, Moskva üzərinə yürüşə başladıqlarını açıqlayıb. Ancaq iyunun 25-də onunla razılaşma əldə olunduğu, Belarusa gedəcəyi, barəsindəki cinayət işinə xitam veriləcəyi bildirilib.
Malyar Telegram kanalında yazıb ki, Ukrayna ordusu cənubi Zaporojye vilayətində Melitopol və Berdyanksda irəliləyir. Rusiya isə sərt müqavimət göstərir, “ciddi” heyət və texnika itkisi verir.
Nazir müavininin sözlərinə görə, həftə ərzində azad olunmuş ərazilər 17 kv. kilometr artıb.
“Ümumilikdə, əkshücum başlayandan cənubda azad olunan ərazinin sahəsi 130 kv. kilometrə çatıb”, – o bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə son bir gündə Donetskdə Rusiyanın 36 hücumunun dəf olunduğunu açıqlayıb. Ukrayna qüvvələrinin Zaporojye və Xersonda əməliyyatları davam etdirdiyi xəbər verilir.
Anna Malyar onu da bildirib ki, ötən həftənin yekunlarına əsasən, Ukraynanın itkiləri Rusiya ordusunun itkilərindən 8 dəfə azdır.
Son həftədə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin cənub və şərq istiqamətlərində irəlilədiyini qeyd edən nazir müavini bu müddət ərzində Rusiyanın 17 zenit-raket kompleksinin məhv edildiyini bildirib.
O, bundan başqa düşmənin 11 komanda məntəqəsinin və 7 sursat anbarının vurulduğunu, eləcə də yüzlərlə texnikasının, tank, helikopter və artilleriya sistemlərinin məhv edildiyini açıqlayıb.

Daha 17 kv. kilometr ərazi