Makronun yeni prezident kimi Paris gəzintisi
25 Aprel 2022
Fransada prezident seçkilərinin yekun nəticələri məlum olub.
Bu barədə Fransanın “Figaro” nəşri məlumat yayıb.
Bildirilib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 % səs toplayıb.
Onun rəqibi - Milli Birlik Partiyasının namizədi Marin Le Pen seçicilərin 41,45 %-nin dəstəyini qazanıb .
Bundan əvvəl İFOP təşkilatının ictimayi rəy sorğularının nəticələrinə görə, E.Makronun təxminən 58 faiz səs topladığı bildirilirdi.
Onun rəqibi, ifrat sağçı Marin Le Penin isə təxminən 42 faiz seçicinin etimadını qazandığı göstərilmişdi.
Qeyd edək ki, seçicilərin 70 faizə qədəri səsvermədə iştirak edib.
Nəticələrin elanından sonra Fransanın yeni seçilmiş prezidenti Parisdə gəzintiyə çıxıb.
Makronu prezidentin arvadı xanım Bricit müşayiət edir.
Onun yaxın vaxtlarda Eyfel qülləsi yanında çıxışı gözlənilir.