Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makrondan geriyə addım: "Ukraynaya hərbi qüvvə göndərməyi düşünmürük"

Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür.

Bunu Çexiyanın “Pravo” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

“Bu o demək deyil ki, biz Fransa qoşunlarını yaxın vaxtlarda Ukraynaya göndərməyi düşünürük, ancaq müzakirə açırıq və Ukraynaya, xüsusən də Ukrayna ərazisinə dəstək olmaq üçün edilə biləcək hər şeyi düşünürük”, - Makron bildirib.