Makron yenidən prezident seçildi: İfrat sağçıların hakimiyyətə gəlməsinin qarşısı alındı
25 Aprel 2022
Fransanın hazırkı prezidenti Emmanuel Makron prezident seçkilərinin ikinci turunda qalib gəlib.
İlkin məlumata görə, o, təxminən 58 faiz səs toplayıb. Onun rəqibi Marin Le Pen 42 faiz səs qazanıb.
Seçkilətin nəticəsi bəlli olandan sonra Makron ailəsi və tərəfdarları ilə bir yerdə Parisdə gəzintiyə çıxıb. O, Eyfel qülləsinin yanında xalqa müraciət edib və bildirib ki, seçicilər ifrat sağın hakimiyyəti ələ almasına mane olublar.
Artıq Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.
Bununla yanaşı, Le Pen prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb. O, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.
Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.