Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makron qalib gələcək - Rəy sorğuları

Fransada prezident seçkilərinin ikinci turu hazırkı dövlət başçısı Emmanuel Makronun qələbəsi ilə başa çata bilər.

Bu proqnozu Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) dərc edib.

Belə ki, sorğunun nəticələrinə görə, Le Pen 44,5%, Makron isə 55,5% səsə ümid edə bilər.

Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bütün bülletenləri emal etdikdən sonra Makron 27,84%, Le Pen 23,15% səs toplayıb. İkinci tur aprelin 24-də keçiriləcək.