Logo
news content
User
Kateqoriyalar

Xəbər

Macarıstan parlamenti qərarını verdi: İsveçin NATO-ya üzvlüyü təsdiqləndi

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

Bu barədə "TRT Haber" xəbər verir.

Belə ki, parlament İsveçin NATO-ya üzvlüyünün lehinə səs verib.

Qeyd edək ki, Macarıstan İsveçin Alyansa daxil olmaq ərizəsini təsdiqləyən sonuncu NATO üzvü olaraq qalmışdı.

Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentinə İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası üçün müraciət edib.