Lukaşenkodan iddia: "Mənə təklif edirlər ki..."
25 Yanvar 2023
Belarus lideri Alyaksandr Lukaşenko yanvarın 24-də bildirib ki, ona Ukrayna ilə hücum etməmək barədə pakt imzalanması tövsiyə edilib.
Bu barədə məlumatı Belarusun Belta dövlət xəbər agentliyi yayıb.
Xəbərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin yaxın mütəfiqi olan Lukaşenka bu barədə hökumət və hüquq-mühafizə orqanları əməkdaşları ilə müşavirələrindən birində danışıb.
O həmin iclasda habelə Ukraynanı öz ərazisində Belarusu qarışdırmaq istəyənlərə Qərbin təlim keçməsi üçün meydan verməkdə ittiham edib.
Təklifi kim verib?
Belta agentliyinin yazdığına görə Lukaşenko deyib:
"...Onlar deyirlər ki, heç bir şəraitdə Ukrayna ilə müharibə etməyək, ora qoşun yeritməyək. Onlar təklif edirlər ki, hücum etməmək barədə pakt imzalayaq”.
Onun danışığından iddia olunan təklifin Ukraynadan, yoxsa Qərbdən gəldiyi məlum olmur.
Bu xəbərə Kiyevdən hələki açıqlama olmayıb. Son vaxtlar Ukrayna rəsmiləri arasında Rusiyanın yeni böyük hücumunun ölkənin şimalındakı Belarusdan edilə biləcəyinə dair narahatlıq var.
Reuters yazır ki, Kreml bu barədə “indilik” şərh vermək istəməyib. Moskva habelə bu məsələnin Lukaşenko və Putin arasında müzakirə olunub-olunmayacağına dair də heç bir şərh verməyib.
Rusiya üçün platsdarm
Minsk ötən il fevralın 24-də Moskvanın Ukraynaya müdaxilə üçün Belarus ərazisindən istifadə etməsinə imkan vermişdi.
Buna baxmayaraq Belarus Rusiya ilə birgə hərbi təlimlər keçirsə də, Ukraynaya hücumda iştirak etməyib.
Beltanın məlumatına görə elə həmin çıxışında Lukaşenko Kiyevi onun iddiasına görə Belarusda aranı qarışdırmağa dair Qərbin planında iştirak edəcək silahlılara sığınacaq verməkdə ittiham edib.
Lukaşenko deyib ki, "Mən bilmirəm, bu, ukraynalıların nəyinə lazımdır?”
O xəbərdarlıq edib ki, Belarus təhlükəsizlik qüvvələri ölkə daxilindəki sabitliyi pozmağa yönəlmiş hərəkətlərin qarşısını sərt bir şəkildə alacaq.
Lukaşenko bunu da deyib ki, o 2020-2021-ci illərdə ona qarşı baş vermis kütləvi etirazların təkrar olunmasını istəmir.
Bealrus diktatoru Qərbi Belarusda rejim dəyişikliyi etmək cəhdində ittiham edir.