Logo
news content
User
Kateqoriyalar

Xəbər

Litvada dörd amerikalı hərbçinin meyiti tapılıb

ABŞ ordusunun dörd hərbçisi Litvada Pabrade poliqonunda taktiki təlimləri başa vurduqdan sonra həlak olub.

Bu barədə Litvanın "Lrytas" portalı məlumat yayıb.

Portalın məlumatına görə, dörd amerikalı martın 25-də axşam saatlarında təlimləri tərk edərək itkin düşüblər. Axtarışlardan sonra onların avtomobili bataqlıqda tapılıb. Bütün hərbçilərin həlak olduğu qeyd edilir.