Lənkəranda nişan mərasimində 17 nəfər qidadan zəhərlənib
24 Aprel 2023
Lənkəranda kütləvi zəhərlənmə olub.
Kütləvi zəhərlənmə rayonun dağ kəndi olan Bəlitonda baş verib.
Ad günü, eyni zamanda nişan mərasiminə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. 17 nəfər ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. “7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, - məlumatda vurğulanır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırılır.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - cavabda vurğulanır.