Lavrov Zelenski-Putin görüşünün vaxtından danışdı
05 Aprel 2022
“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Moskva və Kiyev nümayəndə heyətləri arasında aparılan danışıqlarda nəticə əldə edildikdə baş tuta bilər”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya və Ukrayna prezidentlərinin sammiti nəticə olan kimi, bu nəticəni möhkəmləndirmək üçün baş tuta bilər", - Lavrov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya ümid edir ki, Ukrayna danışıqlarda öz milli maraqlarını rəhbər tutacaq, “uzaqdan gələn məsləhətçilərə” qulaq asmayacaq.
Ukrayna ilə danışıqların perspektivlərini şərh edən nazir deyib ki, şans həmişə var:
“Mən artıq bir neçə dəfə bu barədə danışmışam. Və biz bütün bu şansları reallaşdırmağa yönəlmişik.Əməliyyatımızın məqsədlərini prezident elan edib və biz çalışırıq ki, bu məqsədlər indi müzakirə edilən, hazırlanan müqavilədə qeyd olunsun. Ümid edirəm ki, sonda nəticə əldə olunacaq”.