Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Laçın rayonu ilə sərhəddəki hadisə Ermənistanın təxribatıdır" - Bayramov

Azərbaycan Ermənistana danışıqlar masasına qayıtmağı təklif edir. Bu barədə çərşənbə axşamı Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın XİN başçısı Osmani ilə birgə mətbuat konfransında çıxış edən Bayramov deyib ki, ATƏT-ə Yerevanla münasibətlərin normallaşması və sülh müqaviləsinin bağlanması üzrə səylər haqqında məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ilin dekabrında Bakı və Yerevan arasında əlaqələr kəsilib. Ermənistan birbaşa danışıqlarda iştirak etmək əvəzinə hərbi təxribatlara əl atır, deyən nazir Yerevanı "Qarabağ ermənilərinin reinteqrasiyası" prosesinə müdaxilə etməkdə ittiham edib.

Aprelin 11-də Laçın rayonu ilə sərhəddə baş verən silahlı insidentə toxunan Bayramov Ermənistanı azad edilmiş Laçın rayonunun Azərbaycana qaytarılması prosesini pozmaq cəhdində ittiham edib.

O, Yerevanı bu cür addımlardan çəkinməyə çağırıb. "Ermənistan belə məsuliyyətsiz və təhlükəli addımlardan çəkinməlidir, çünki bunun nəticələri, dünən də olduğu kimi, çox ciddi olacaq", deyə o bildirib.