Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kuba Prezidenti ölkəsinin "son damla qanına qədər" döyüşəcəyini bildirib

Kuba ABŞ-nin hücumlarına müqavimət göstərməyə bundan sonra da hazırdır.

Bunu Kuba Prezidenti Migel Dias-Kanel "X" sosial şəbəkəsində yazıb.

"Kuba heç kimə hücum etmir, lakin artıq 66 ildir ABŞ-nin hücumlarına məruz qalır. Kuba vətəni son damla qanına qədər müdafiə etməyə hazırdır", – o vurğulayıb.

Bundan əvvəl, bazar günü ABŞ Prezidenti Donald Tramp Kubaya gec olmadan Vaşinqtonla əməkdaşlığı tövsiyə edib. Amerikalı lider bildirib ki, Kuba bundan sonra heç bir neft və ya pul almayacaq, çünki uzun illər boyu Venesueladan gələn böyük həcmdə neft və pulla yaşayıb.