Krımdakı Xan sarayı çatladı - FOTO
10 Fevral 2022
2014-cü ildə Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımın müftisi Əmirəli Ablayev Xan Sarayında Qraf binasının çatlamış fasadının xilas edilməsi üçün tədbirlər görülməsini tələb edib.
Bu barədə Krım və Sevastopol Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Müftinin sözlərinə görə, mövcud vəziyyəti həll etmək üçün həm Baxçasaray Tarix-Mədəniyyət və Arxeoloji Muzey-Qoruğunun rəhbərliyi, həm də Krım Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi lazımdır. ", - deyə xəbərdə bildirilir.
Krım Müftiliyi Baxçasaraydakı Xan Sarayının xilas edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət göndərəcək. Müsəlmanların Ruhani İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bu, yaxın vaxtlarda həyata keçiriləcək.
Xatırladaq ki, fevralın 7-də korpuslardan birindəki iş zamanı Xan Sarayı binasında çat əmələ gəlib. Mütəxəssislər bunu layihə səhvi ilə əlaqələndiriblər. Çat binaya ciddi ziyan vurmayıb.
Bir gün sonra Qrafın binasının fasadındakı çat bərkidilib.
Zəruri arayış:
Krım xanlarının sarayı olub, Bağçasaray şəhərində yerləşir. Bağçasaray 1530-1783-cü illərdə Krım xanlığının paytaxtı olmuşdur. Hazırda saray dünyanın dörd bir yanından gələn ildə təxminən 200.000 ziyarətçini qəbul edir. Bundan başqa, cənub-şərqi Avropada Türk-İslam mədəniyyətinin bir abidəsi kimi xüsusi əhəmiyyətə malikdir.
Krım xan sarayı bir-birinə bağlı ancaq müxtəlif vaxtlarda inşa edilmiş binalardan meydana gələn böyük bir kompleksdir. Topqapı sarayının kiçik amma zərif bir bənzəri kimidir.
XVI əsrin əvvəllərində (1503-cü ildə) Krım Xanı I Mənqli Gəray xan dövründə tikintisinə başlanan saray, ondan sonrakı xanlar tərəfindən də genişləndirilərək bugünkü möhtəşəm halına qovuşmuşdur. Tikintisində İrandan, Anadoludan və İtaliyadan ustalar ilə Rus və Ukraynalı kölələr çalışmışdır. Saray ümumi görünüş olaraq Osmanlı saraylarından, xüsusilə də Topqapı sarayından qabarıq izlər daşıyır. Bunda İstanbulda yetişən Krım xanlarının geri qayıdanda İstanbulda gördüklərini Sarayda tərtib etmələri təsirli olmuşdur.
Övliya Çələbi Saray haqda "Dörd yanı qala kimi dörd künclü, bərkidir divarlı bir saray" kimi danışmaqda və ətrafının beş min altmış addım olduğunu, dörd bir tərəfində dəmir qapıların, tərkibində də zərbxana, mətbəx, ərzaq anbar, hamam və s. tikililərin olduğunu bildirmişdir.
Saray bir tərəfdən Krım xanlığının idarə olunduğu bir inzibati mərkəz ikən, digər tərəfdən də bir çox mədəni fəaliyyətə də ev sahibliyi edirdi. Krım xanı Gəray Xanın (1758-1764) bir rəsm kolleksiysının yerləşdiyi sarayda Molireden oyunlar oynanırdı.
Saray ilk dəfə 1736-cı ildə General Münniç, 1737-ci ildə General Lassi və 1771-ci ildə Knyaz Dolgorukovun orduları tərəfindən darmadağın edilmişdir. Xüsusilə I Səlim Gəray Xan tərəfindən yaradılan və baha verilməyən minlərlə əl yazmadan ibarət məşhur kitabxana yanıb kül olmuşdur. Bu ağır hücumların ardından saray və şəhər yenidən təmir edilsə də bu təmirlər sarayın ilk keçirildiyi dövrdəki özünəməxsusluğunu də getdikcə ortadan qaldırmış və Osmanlı saraylarına daha çox oxşar bir hala gəlmişdir.
Krımın 1783-cü ildə Rus Çarı tərəfindən işğalın ardından, Çariça II Yekaterinanın direktivləri bir Fransız memara sarayın planı çıkartdırılmış, sonra aparılan bərpa da sarayın möhtəşəm görünüşü əhəmiyyətli dərəcədə məhv edilmişdir. Saray xüsusən Krım müharibəsi əsnasında 1854-1855-ci illərdə xəstəxana kimi istifadə edilmiş və bu dövrdə saray böyük ölçüdə zərər görmüşdür. 1914-cü ilə aid bir səyahət rəhbərində Sarayda aparılan bərpa işlərinin sarayın əzəmətinə böyük zərbə vurduğu bildirilirdi. 1955-ci ildən saray kompleksi içində Bağçasaray Tarix və Arxeologiya muzeyi yerləşir. Saray bəzi döyüş filmlərində dekorasiya kimi də istifadə edilmişdir.
Sarayın içində bir-birindən qiymətli sənət əsərləri və hekayələri ziyarətçilərini dərindən təsir edir. Vaxtilə atlı süvarilərin maneə atdığı sarayın həyətində, artıq sarayı gəzmək üçün gözləyən çoxsaylı turist qrupları gözləyir. Sarayı rəhbəriniz altında gəzməyə başlayarkən hər yerdə sizə deyiləcək ayrı bir tarixin və hekayənin olduğunu görəcəksiniz. Göz yaşı çeşməsində mərmərə işlənən bir sevda, Puşkinin "Baxçasaray fəvvarəsi" şeirinin misralarında isə, bu böyük məhəbbətin ölməz izlərini taparsınız. Demirkapı sizə Krım Xanlığının əzəmət və qüdrəti haqqında ipucu verəcək. Qızıl Bulaq, keçmişdəki zənginliyindən izlərini daşıyarkən, Qızıl Otaqda əzəmət və dəbdəbə, Hərəmxanada keçmişin sirrlərini dərindən dərinə tənəffüs edirsiniz əslində. İki minarəli Hancamii isə estetik gözəlliyin səmaya açılan zərif əlləridir... (Moderator)