Krımda diversiya: Partlayış nəticəsində qatar relsdən çıxıb
18 May 2023
Rusiya tərəfindən ilhaq edilmiş Krımın Simferopol rayonunda taxıl daşıyan qatar relsdən çıxıb.
112 teleqram kanalının məlumatına görə buna Çistenkoye kəndi yaxınlığında baş vermiş partlayış səbəb olub.
SOTA kanalının məlumatına görə qatarda 23 vaqon olub, onlardan 11-i relsdən çıxıb, 5 vaqon aşıb, biri isə partlayıb.
Partlayış nəticəsində dəmir yolu zolağının 75 metrinə ziyan dəyib, 12 metr diametrində çuxur yaranıb.
Partlayış yerində böyük krater yaranmasını Baza teleqram kanalı da xəbər verir.
Qatar Simferopoldan Sevastopola gedirdi. AzadlıqRadiosu qatarın qəzaya uğradığı dəqiq yeri müəyyənləşdirib.
Krım dəmir yolları idarəsinin rəsmi məlumatında deyilir ki, qatarın relsdən aşmasına “kənar şəxslərin dəmir yolu nəqliyyatına müdaxiləsi” səbəb olub.
RIA Novosti agentliyi ilhaq edilmiş Krım “parlamentinin spikeri” Vladimir Konstantinova istinadla yazır ki, qəzaya dəmir yolunda baş vermiş partlayış səbəb olub.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Ukrayna televiziyasının efirində deyib:
"Həmin dəmir yolu ilə yəqin ki, başqa yüklər – silah, sursat, zirehli texnika və Ukraynaya qarşı qəsbkar müharibədə ukraynalıların və Ukrayna müdafiəçilərinin öldürülməsi üçün başqa vasitələr də daşınır. Tamamilə təbii görünür ki, relslər dözməyiblər, yorulublar və daha işəmirlər”.
Rusiya rəsmiləri bildirirlər ki, dəmir yolunda hərəkət mayın 18-də axşamadək bərpa olunacaq.
İlhaq edilmiş Krıma Rusiya tərəfindən təyin edilmiş başçı Sergey Aksyonov hadisə nəticəsində heç kəsin xəsarət almadığını deyib.
Rusiyanın özündə isə mayın 18-də gecə naməlum şəxslər Kazan yaxınlığındakı dəmir yolunda 4 rele şkafını yandırıblar. Nəticədə 5 yük qatarının hərəkət qrafiki pozulub.
Mayın əvvəllərində Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində iki yük qatarı relsdən çıxıb. Regionun hakimiyyət orqanları bunun diversiya nəticəsində baş verdiyini bildirib.
Rusiyada Ukraynaya qarşı müharibə başlanandan bəri ümumiyyətlə dəmir yolu qəzalarının sayı kəskin artıb.
The Insider saytı yazır ki, 2022-ci ilin martından iyununadək Rusiyada 63 yük qatarı relsədıən çıxıb.
Bu ondan əvvəlki illə müqayisədə bir dəfə yarım artım deməkdir.
Bəzi qatar qəzaları hərbi hissələrin yaxınlığında baş verib.
Ukrayna bu diversiyalarla hər hansı əlaqəsini inkar edir.
Kiyev bildirir ki, bu diversiyaları müharibə əleyhinə olan rusiyalılar törədirlər.

Rusiyada dəmir yolu qəzaları kəskin artıb