Kreml: “Ukrayna ilə qonşuyuq, münasibətlər qaçılmazdır”
10 Mart 2023
“Qonşuluq səbəbindən Rusiya ilə Ukrayna arasında münasibətlər qaçılmazdır”.
Pressklub.az-ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, əlavə edib: "İkitərəfli münasibətlər qaçılmazdır, çünki biz qonşuyuq, bu, göz qabağındadır və biz bu barədə əvvəllər də danışmışıq".
Ukrayna ilə sülh danışıqlarının aparılmasının tərəfdarı olan ukraynalıların sayının artması ilə bağlı Peskov deyib ki, münaqişəyə son qoymağın yolunu “hələlik nəzərdən keçirmək tezdir”.