Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kraliça keçmiş ərini hazırkı ərinin tacqoyma mərasiminə dəvət etdi

Böyük Britaniya kralının həyat yoldaşı Kamilla Parker-Boulz keçmiş əri Endryu Parker-Boulzu III Çarlzın tacqoyma mərasiminə dəvət edib.

Mərasim 2023-cü il mayın 6-da Londonda keçiriləcək.

83 yaşlı Endryu Parker-Boulz Vestminster Abbeyində keçiriləcək mərasim zamanı üç nəvəsinin Kraliça Kamillanın üzərinə necə örtük tutacağını öz gözləri ilə görə biləcək.

Kamilla və Endryu 1995-ci ildə boşanıblar, lakin kraliçanın keçmiş ərinin yaxın dostlarından birinin dediyi kimi, hər ikisi isti dostluq münasibətlərini saxlayır.