Korrupsiya halları ilə bağlı Cəlilabadda, Tərtərdə və Yevlaxda vəzifəli şəxslər tutulub
02 Avqust 2023
Son günlər prokurorluq orqanları Cəlilabad və Tərtər rayonlarında icra hakimiyyələrinin, həmçinin Yevlax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərini rüşvət və korrupsiya ittihamları ilə saxlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimov və “Yevlax Rayon Mərkəzi Xəstəxanası”nın vəzifəli şəxsləri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Son bir neçə ildə Azərbaycanda rüşvət və korrupsiya ittihamı ilə bir neçə nazir, nazir müavinləri, onadək icra hakimiyyəti başçısı, çoxsaylı idarə rəisləri və digər vəzifəli şəxslər həbs edilib. Bununla yanaşı ölkədə korrupsiya halları azalmayıb.
Azərbaycan beynəlxalq korrupsiya indeksində 180 ölkə arasında 128-ci yeri bölüşür.