"Kommersant": Ağdam yolu əvvəl-axır açılacaq
11 Avqust 2023
Rusiya həm Laçın yolu, həm də Ağdam-Xankəndi trası fəaliyyət göstərməklə Qarabağın erməni əhalinin yaşadığı hissəsinə kommunikasiyaların açılması təklifini irəli sürüb, lakin Ermənistan tərəfi bu razılaşmanı pozub. Bu barədə bu gün Rusiyanın «КоммерсантЪ» qəzeti dövlət qurumlarındakı mənbələrə istinadən bildirib.
Moskvada vəziyyəti çox mürəkkəb qiymətləndirirlər və hesab edirlər ki, Bakı güzəştə getməyəcək, Rusiya nəşri yazır.
"Vəziyyəti birtəhər sakitləşdirməklə bağlı bizim, qərblilərin, beynəlxalq təşkilatların cəhdləri heç bir nəticə vermir. Bakı geriyə addım atmır", - regiondakı vəziyyətlə tanış olan mənbə bildirib. Eyni zamanda, o qeyd edib ki, separatçılar da "inad edirlər".
Bununla belə, mənbə hesab edir ki, Ağdamdan keçən yol sonda açılacaq.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi varianta əvvəlcə həm Azərbaycan tərəfi, həm də qarabağlılar razılaşıblar. Onun mahiyyəti bundan ibarət idi ki, Ağdam yolu açılsın və lazım olan hər şey Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə daşınsın.
Moskvanın təklifinə əsasən həmin yerdə hərəkət başlayandan bir gün sonra Laçın dəhlizində də hərəkət bərpa edildi. "Bu variant yüksək hazırlıq dərəcəsində idi", - mənbə deyib.
Lakin onun sözlərinə görə, separatçılar "Laçının 24 saatdan sonra yox, dərhal açılması" şərtini irəli sürüblər, sonra Qarabağ ermənilərinin rəhbərliyi bəyan edib ki, Ağdam vasitəsilə Azərbaycan malları daşınmamalıdır, "sonra isə Vaqif Xaçatryanla qalmaqal baş verib", - Rusiya nəşri yazır. Nəticədə kompromis əldə edilməyib.