Köhnə tikililərin sökülməsi evlərin qiymətini bahalaşdırır - VİDEO
19 İyun 2023
Köhnə və qəzalı binalar söküldükcə mənzil bazarında qiymətlər də bahalaşır.
Əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bir müddət pilot layihə çərçivəsində binaların söküntüsü dayandığı üçün evlərin qiyməti stabil idi.
Amma son vaxtlarda yenidən şəhərin mərkəzində istisimar müddəti keçmiş binaların sökülərək yerində yenisinin tiklməsi qiymətlərə ciddi şəkildə təsir edib.
Ekspert hesab edir ki, mənzil bazarında qiymət artımına əsas səbəb budur ki, köhnə tikli binalar sökülərkən tikinti şirkətləri mümkün qədəri ilə ev sahibinə mənzil yox, ödəniş edir. Bu da bazarda süni qiymət artımına gətirib çıxarır.
Rieltor Həşim Qədirov deyir ki, pilot layihə təkcə mənzil bazarında qiymət artımına səbəb olmayıb. Eyni zamanda kirayə evlərin də qiyməti artıb ki, bu da tələbdən irəli gəlir.
Ekspertlər deyir ki, sökünütü səbəbindən paytaxtda köhnə binalardakı mənzillərin qiyməti də bahalaşıb.Bunun da əsas səbəbi həmin binaları sökən şirkət mənzil sahibinə daha böyük və təmirli mənzil verməsidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: