Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevə dron hücumu

Mayın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevdə Rusiya ordusuna məxsus pilotsuz təyyarənin hücumu zamanı 9 mərtəbəli binanın damında yanğın başlayıb.

Pressklub.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kiyevin meri Vitali Kliçkoya, eləcə də Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkoya istinadən xəbər verib.

Dağıntılar nəticəsində paytaxtın Dnepr rayonunda yanğın baş verib.

Bütün fövqəladə xidmətlər hadisə yerinə göndərilib.

"Dnepr rayonunda yaşayış komplekslərindən birində 9 mərtəbəli binanın damında yanğın baş verib. Bütün fövqəladə xidmətlər yerində işləyir. Hələlik zərərçəkənlər barədə məlumat daxil olmayıb", - Kliçko bildirib.

Sakinlərə sığınacaqları tərk etməmək tövsiyə olunub.