Kiyevə 10 “İskəndər” raketi atılıb, 3 nəfər ölüb
01 İyun 2023
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.
Buna baxmayaraq Kiyevin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb.
Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın iki rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb. Bildirilib ki, ölənlərin hamısı Desnyanski rayonunda olub. Bundan başqa, həlak olan 3 nəfərdən 2-si uşaqdır.