Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev almaq istədiyi “Taurus” - Dəhşətli raketin özəlliləri

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Zelenski Almaniyadan “Taurus” qanadlı raketləri almaq üçün rəsmi müraciət edib.


“Bild” nəşri Ukrayna liderinin niyə bu raketləri almaq istəməsi ilə bağlı araşdırma aparıb.

Bildirilir ki, “Taurus” 500 km-ə qədər mənzilə sahibdir. Onun sürəti saatda 900 km-ya çatır ki, bu da “Taurus”u çətin hədəfə çevirir.

“Taurus” bunkerlərə, aerodromlara, körpülərə və təchizat yollarına hücum üçün Ukraynaya əlavə imkanlar yarada bilər. Həmçinin bu raket nəinki bunkerə, hətta onun ayrı-ayrı otaqlarına da dəqiq zərbə endirmək gücünə malikdir.

“Taurus” 480 kq partlayıcı daşıyır və iki metrlik polad ucluğu bir metr qalınlığında betonu deşə bilir. Bu raketin üstünlüyü odur ki, o, 1 metrlik beton səddi deşdikdən sonra içəridə partlayır.

Bu raketlərin cəbhə xəttinin çox arxasındakı Rusiya hərbi infrastrukturuna zərbə endirməyə imkan verəcəyi qeyd edilir.