KİV: Almaniya Ukraynaya “Leopard”, ABŞ isə “Abrams” tankları göndərməyə hazırdır
25 Yanvar 2023
Almaniyanın kansleri Olaf Şolts “Leopard” tanklarını Ukraynaya göndərməyə qərar verib.
Bu barədə “Spiegel” xəbər verir.
Nəşr qeyd edir ki, kansler bir neçə aylıq debatdan sonra döyüş tanklarını Ukraynaya göndərməyə razılıq verib.
“Spiegel"in məlumatına görə, söhbət “Leopard 2A6” tanklarının azı bir bölüyündən gedir.
Almaniya hökuməti Polşa kimi digər dövlətlərlə xidmətdə olan belə tankların ixracına icazə vermək istəyir.
Nəşr qeyd edib ki, tanklar Bundesvan ehtiyatlarından Ukraynaya ayrılacaq. Orta və uzunmüddətli perspektivdə, sənaye ehtiyatlarından yeni döyüş tankları göndərilmə üçün hazırlana bilər.
Məlumata görə, digər müttəfiqlər, o cümlədən Skandinaviya ölkələri də Ukraynaya “Leopard” döyüş tankları göndərmək istəyirlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya “Leopard 2” tanklarının mümkün tədarükü ilə bağlı hələ də qərar qəbul etməyən Almaniyaya təsir göstərmək üçün rəsmi Kiyevə 10 ədəd “Abrams” tankı verməyə hazır olduğu barədə məlumat yayılmışdı.
Pentaqondakı adı açıqlanmayan mənbənin sözlərinə görə, Bayden Almaniyanın Kiyevə “Leopard 2” verməsinə təzyiq göstərmək üçün 10 ədəd “Abrams” tankını Ukraynaya verməyə hazırdır.
Kanalın həmsöhbətinin fikrincə, Almaniya inadkarlığından əl çəkməli və “Leopard”ları Ukraynaya verməlidir. Mənbə Ukraynanın Rusiya ilə müharibədə “əlinin güclənməsi” üçün 500 tanka ehtiyac duyduğunu da bildirib.