Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kişinyovda Əliyev-Paşinyan görüşü başlayıb: Mişel, Şolts, Makron da iştirak edir

Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair qeyri-rəsmi üçtərəfli görüş başlayıb.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.

Daha sonra görüşə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron da qatılıblar.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.