Kılıçdaroğlu reytinqini artırır - “Babala TV” müxalifətin namizədi ilə
26 May 2023
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun “Babala” internet televiziyasına müsahibəsi Türkiyədə baxış rekordu vurub. Mayın 24-dən YouTube-da yayımlanan dörd saatlıq proqram 2 gündə 21 milyon baxışa çatıb və ölkə tarixinin ən çox izlənilən siyasi proqramı olub. Bundan əvvəlki rekord millət vəkili Barış Atayla müsahibə olub və 20 milyon baxış toplayıb. Amma həmin rekord bir nçə aya əldə edilib.
Qeyd edək ki, tanınmış aparıcı Oğuzhan Uğurun moderatorluq etdiyi “Mövzular, açıq mikrofon" verilişinin efirində Kılıçdaroğlu 7 saat ərzində əsasən hakimiyyətə yaxınlığı olan gənclərin suallarını cavablandırıb. Çəkilişlər 750 nəfərin iştirak etdiyi zalda aparılıb.
Suallar daha çox rəqib düşərgədən irəli sürülən ittihamlar əsasında tərtib edilib və müxalifət namizədi onları səbrlə cavablandırıb. Onun bu uğuru Türkiyə cəmiyyətində böyük marağa səbəb olub. Üstəlik, bunun Kılıçdaroğlunun seçki öncəsi reytinqinə ciddi təsir edəcəyi ehtimal edilir.
Düzdür, Türkiyədə keçirilən rəy sorğularına görə, Kılıçdaroğlu hələ də Ərdoğandan geri qalır. Lakin gözlənilənlərin əksinə olaraq, ölkə hüdudlarından kənarda seçici fəallığının artması ikinci turda daha çox seçicinin iştirak etmə ehtimalını artırır.
Ehtimal etmək olar ki, Ərdoğan seçkilər öncəsi cavab addımı atmasa, o zaman seçki günü psixoloji üstünlük Kılıçdaroğlunun tərəfində olacaq. 75 yaşlı Kılıçdaroğlunun daha fəal olması, müxalif auditoriyadan çəkinməməsi və bütün suallara açıq cavab verməsi Türkiyənin internet seqmentində ciddi rəğbət doğurub.