Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş prezident Saakaşvilinin partiyasının sədri olacaq

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) müxalif Vahid Mili Hərəkat Partiyasının (VMHP) sədri olacaq.

Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, G.Marqvelaşvili partiyanın lideri Mixeil Saakaşvilidən bununla bağlı təklif alıb və VMHP artıq müvafiq qərar qəbul edib.

Eks-prezident yayılan informasiyaları nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, M.Saakaşvilinin 2001-ci ildə təsis etdiyi VMHP Gürcüstanın əsas müxalifət partiyası hesab olunur. Partiyanın 2017-2020-ci illərdə sədri keçmiş xarici işlər naziri Qriqol Vaşadze (2008-2012) olub. Siyasi təşkilata 2020-ci ilin dekabrından Nika Melia sədrlik edir. (Report)