Keçmiş nazirdən etiraz: “Belə etmək düzgün deyil”
14 Mart 2023
Martın 12-si 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi. Əlli mindən çox şagird öz biliyini bu imtahanda yoxladı.
Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşmədi. Bəzi abituriyentlər imtahandan sonra sualların çətin olduğunu iddia etdilər.
Bu iddia nə dərəcədə əsaslıdır? DİM-in abituriyentləri çətin suallarla sınağa çəkməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı danışan sabiq təhsil naziri, professor Misir Mərdanov bildirib ki, bəzi nüanslar nəzərə alınaraq imtahana çətin suallar salınmamalıdır:
“Mən imtahanla bağlı suallara cavab verməkdə bir az çətinlik çəkirəm, çünki o işin içində deyiləm. Ancaq hesab edirəm ki, sualların hər biri orta məktəb proqramı çərçivəsində olmalıdır və proqrama daxil olan orta səviyyəli suallar hazırlanmalıdır, yüksək səviyyəli yox.
Mənə elə gəlir ki, suallar orta səviyyəli şagirdin cavablaya biləcəyi tipdə olmalıdır. Mən özüm də oradan-buradan eşidirəm ki, suallar çətindir, amma işin içində olmadığıma görə konkret bir fikir söyləməkdə çətinlik çəkirəm”.
M.Mərdanov qeyd edib ki, imtahana orta məktəb dərsliklərindən əlavə, Dövlət İmtahan Mərkəzinin ümumi dərs vəsaitlərindən də sualların salınması qətiyyən doğru deyil:
“Sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi, dərslikdə olmayanların imtahana salınması qətiyyən düzgün deyil. Bu, qəti doğru yanaşma deyil. Suallar hazırlandıqda orta məktəb proqramı əsas olmalıdır, başqa sualların salınması doğru deyil”. (Yenisabah.az)

Eyni zamanda, sualları hazırlayarkən o da nəzərə alınmalıdır ki, ötən il şagirdlər pandemiya şəraitində dərsə gəlib-gediblər, onlayn təhsil alıblar. Ona görə də mən imtahan suallarında çətinləşmənin tərəfdarı deyiləm.