Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kamil Zeynallı Rusiyada saxlanılıb

Fitnes məşqçisi və bloqqer Kamil Zeynallı Rusiyada saxlanılıb.

O, bu barədə instaqramdakı hesabında bildirib.

“Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.

K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.

***

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.