Kahramanmaraşda 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq
11 Mart 2023
Türkiyənin Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq.
Pressklub.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Federasiyasının Türkiyə təmsilçisi Asif Qurban deyib.
Bildirilib ki, bu layihə Azərbaycandakı vətəndaş cəmiyyətlərinin dəstəyi ilə reallaşacaq.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.