“Kadırovçu”lar Mariupolda dinc əhaliyə divan tuturlar
19 May 2023
Ukraynanın Donetsk vilayətinin müvəqqəti işğal altında olan Mariupol şəhərində “kadırovçu”lar daim spirtli içkilər qəbul edir və dinc əhaliyə divan tuturlar.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat verib.
Məlumata görə, hazırda Mariupolda çox sayda “Kadırovçu” var və onlar spirtli içki qəbul edərək sərxoş halda yerli sakinlərə sataşır, onları ələ salır, onlara bədən xəsarətləri yetirir, həmçinin soyuq silahdan da istifadə edirlər.
Qeyd edilib ki, işğalçı “polis qüvvələri” buna baxmayaraq zərər çəkmiş əhalidən gələn şikayət ərizələrini qəbul etməkdən imtina edirlər.