Kabayevanı da nişan aldılar - Sanksiyalar tətbiq edilə bilər
06 May 2022
Avropa İttifaqı (Aİ) bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevaya sanksiya tətbiq etməyi təklif edib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, sanksiyalar siyahısı ittifaq üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər hələ də dəyişikliklərə məruz qala bilər.
Xatırladaq ki, bir müddət əvvəl Fransanın Aİ-dəki sədrliyi “Twitter”də bildirmişdi ki, Aİ ölkələrinin daimi nümayəndələri mayın 6-da Rusiya əleyhinə yeni sanksiyalar paketini müzakirə edəcəklər.
Qeyd edək ki, Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu barədə iddialar var.