Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycan hakimiyyəti jurnalistin təhlükəsizliyini təmin etməlidir
12 May 2022
“Azərbaycan hakimiyyəti jurnalist Aytən Məmmədovaya qarşı təhdidləri və son hücumu tez və hərtərəfli araşdırmalı və onun təhlükəsizliyini təmin etməlidir”, - Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.
“Aytən Məmmədovaya qarşı son hücum və təhdidlər təkcə ona deyil, Azərbaycanda bütün jurnalistlərə qarşı hücumdur. Azərbaycan hakimiyyəti jurnalistləri qorxutmaq, susdurmaq cəhdlərinin qəbuledilməz olduğu və hücumun sifarişçisi ola biləcək hər kəs də daxil olmaqla, məsuliyyət daşıyanları tez bir zamanda məsuliyyətə cəlb etmək barədə açıq mesaj verməlidir” -Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.
Mayın 8-də axşam frilanser jurnalist Aytən Məmmədova yaşadığı evin liftində naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun boğazına bıçaq dirəyib və məhkəmə işini işıqlandırmağa son qoymasa, onunla haqq-hesab çəkiləcəyilə hədələyib.
Məmmədova bundan öncə də Tovuz rayonunda azyaşlı qızın qətli üzrə işə dair nəşrlərin dayandırılması tələbilə bağlı hədələrə məruz qalıb. (Turan)