Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jurnalistlər açıqlayır, rəsmi Moskva susur: Rusiya Ukraynada nə qədər itki verib?

Jurnalistlər Ukrayna ilə müharibədə 20 mindən çox rus hərbçisinin öldüyünü təsdiqləməyə nail olublar.

Rusiyanın Ukraynaya təcavüzündən sonra belə bir araşdırmanı "Mediazona", BBC Rus Xidməti və könüllülər qrupu aparmaqdadır.

Araşdırmaya görə, Rusiyanın itkilərinin əhəmiyyətli hissəsini məhbuslar təşkil edir.

İtkilərin bölgələr üzrə təsifatına gəlincə, araşdırmalar üzə çıxarıb ki, müharibədə ölənlərin çoxu Krasnodar diyarı, Sverdlovsk və Çelyabinsk vilayətləri, Başqırdıstan, Buryatiya və Volqoqrad vilayətindəndir.

BBC-nin yazdığına görə, 2023-cü ilin yanvardan bəri Rusiya mənbələri hər həftə orta hesabla 700 hərbçi itkisinin olduğunu yazıb, işğalın ilk günlərində isə bu say təxminən 250-300 arasında olub.

Təsdiqlənmiş itkilər arasında ordu və digər güc strukturlarında xidmət etmiş 2150-dən çox zabitin adı var. Onlardan 251 nəfəri polkovnik-leytenant və daha yuxarı rütbəli olanlardır. Açıq mənbələrdən götürülən məlumatlarla Rusiyanın 161 hərbi pilotun ölümünü təsdiqləmək mümkün olub.

Tədqiqatçıların fikrincə, Rusiyanın ən çox ikiləri Baxmuta edilən qış hücumu zamanı olub.

Hətta ehtimal edilir ki, bu itkilər Rusiyanın Ukraynaya bir-neçə istiqamətdən hücum etdiyi müharibənin ilk həftələrindəki itkilərindən daha çox ola bilər.

"Mediazona" və BBC-nin Rusiyanın müharibə itkiləri ilə bağlı siyahını yalnız açıq mənbələr - sənədlər, qohumların təsdiqi, məzarlarla bağlı məlumatlar əsasında hazırlayır.

Jurnalistlər son 14 ayda bu araşdırmaları apararkən Rusiyanın 65 yaşayış məntəqəsindəki məzarlıqlarda monitorinq apardıqlarını bildirirlər.

O da vurğulanır ki, real itkilər bir neçə dəfə çox ola bilər.

Rusiya Müdafiə Nazirliyi itkiləri açıqlamır və jurnalistlərin verdiyi rəqəmləri şərh etmir.

Amerika Birləşmiş Ştatları yanvar ayında Rusiyanın Ukraynada itkilərininin sayını 270-300 min ölü və yaralı kimi qiymətləndirib.