Jurnalist silahlı qüvvələr barədə xəbər yaydı, həbs olundu
15 Aprel 2022
Rusiyada jurnalist silahlı qüvvələr barədə qəsdən yalan xəbər yaydığı üçün həbs olunub.
“The Guardian” xəbər verir ki, Rusiyanın Xakasiya vilayətində “Novıy fokus” qəzetinin baş redaktoru Mixail Afanasyev internet saytında Ukraynaya göndərilməkdən imtina edən 11 çevik polis haqqında məlumat yaydığına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bildirilir ki, Afanasyev Xakasiyada mütəşəkkil cinayətkarlıq və yerli məmurların səlahiyyətlərindən sui-stifadə etməsi kimi həssas məsələlərlə bağlı çoxsaylı araşdırmalar dərc edib.
Qeyd edək ki, ötən ay Rusiya parlamenti hərbçilər haqqında qəsdən saxta xəbərlər yaymağa görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanun qəbul edib.