Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbul terrorunun təşkilatçısı Suriyada öldürüldü

Türkiyə xüsusi xidmət orqanları İstanbul terrorçularının məhv ediləcəyi ilə bağlı xalqa verdiyi vədə əməl edib.

Pressklub.az  Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən il İstanbulun Taksim meydanında törədilən terror aktının təşkilatçısı məhv edilib.

Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MKİ) bildirilib ki, Halil Menc Suriyada zərərsizləşdirilib.

Qeyd olunub ki, o, PKK/YPG terror təşkilatının üzvü olub.

Xatırladaq ki,ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.