İsraildə cəmi yarım saat ərzində böyrək xərçəngi müalicə edilir - TİBBDƏ İNQİLAB
14 İyun 2023
İsraildə cəmi yarım saat ərzində böyrək xərçəngi müalicə edilir... - TİBBDƏ İNQİLAB...
"Böyrək xərcənginin 25-30 dəqiqə ərzində birdəfəlik fokuslanmış şüalanması 95 faiz hallarda ona qalib gəlməyə imkan verir..."
"Beylinson" xəstəxanası nəzdində onkoloji mərkəzin həkimi əməliyyatsız və, demək olar ki, yan təsirləri olmayan yeni müalicə metodu barədə danışıb.
Bu barədə "vesty.co" nəşri yazıb.
Keçmişdə güman edilib ki, böyrək şişləri radioterapiyaya reaksiya vermir, lakin son illər onlara qalib gəlməyə imkan verən metod işlənib hazırlanıb.
"Beylinson" xəstəxanasında təklif edilən müalicə cəmi bir seansdan ibarətdir, o, qısamüddətli və ağrısızdır.
Bu müalicə xüsusilə yaşına, yanaşı xəstəliklərə və ya dərman qəbuluna görə əməliyyat oluna bilməyənlərə uyğun gəlir.
Uzun müddət böyrək xərçənginin müalicəsi, əsasən, cərrahi üsulla aparılıb. Lakin son illər fokuslanmış şüalanma ilə terapiya metodu yaradılıb, bu, az səmərəli deyil və müxtəlif səbəblərdən əməliyyata əksgöstərışləri olan xəstələrə uyğun gəlir.
Böyrək xərçəngi dünyada yayılma faizinə görə 8-ci yerdədir, diaqnoz orta yaşı 64 olanlarda qoyulur, bu şiş kişilərdə daha tez-tez rast gəlinir. Üçdə iki hallarda söhbət metastazı olmayan lokal şişdən gedir.
Adətən, ilkin simptomlar olmur, diaqnoz çox vaxt təsadüfən qoyulur. Törəmə başqa səbəblərdən aparılan rentgen və ya USM müayinəsi zamanı aşkar edilir. Bəzən xəstələr böyrək nahiyəsində ağrılardan və sidik ifrazında problemlərdən şikayətlənir, müayinə zamanı onlarda şiş tapılır.
Böyrək xətçəngi necə müalicə olunur? Bu sual son zamanlar birmənalı deyil.
Nədən əvəllər böyrək xərçənginin müalicəsində radioterapiyadan istifadə edilməyib?
Xəstələrin əksəriyyətində xərçəng böyük yaşlarında aşkar edilir və onların yanaşı xəstəlikləri olur. Bu, müalicə ilə bağlı problemlər yaradır, çünki narkoz altında əməliyyat risklidir, üstəlik, əməliyyatdan sonra xəstəxanada uzunmüddətli müalicə tələb edilir.
Həkimlər uzun müddət qeyri-cərrahi müalicə metodlarını axtarıb, lakin onların çoxsaylı fəsadları olub, həm xəstənin özü, həm də ətrafı üçün problemlər yaradıb.
Əvvəllər hesab edilib ki, şişlər şüalanmaya zəif reaksiya verir. Radioterapiya metodlarının inkişafı və onu müşahidə edən fizioloji proseslərin daha yaxşı anlaşılması bu nəticəyə gəlməyə imkan verib ki, sağlam toxumaları zədələmədən az sayda seanslarla böyük dozada fokuslanmış şüalanma vermək olar. Bəlli olub ki, belə şüalanma rejimi şiş hüceyrələrənin radiasiyaya davamlılığını dəf edir.
Klivlend xəstəxanasında aparılan tədqiqatda böyrək xərçəngindən sağalmaq üçün şüalanmanın optimal sayı müəyyən edilib.
Bəlli olub ki, doza artıqca və seansların sayı azaldıqca, müalicənin effekti yaxşılaşır. 5 il ərzində aparılan beynəlxalq tədqiqat göstərib ki, böyrək xərçənginin birdəfəlik şüalanması 95 faiz hallarda ona qalib gəlməyə imkan verir.
Ona görə də hazırda xəstələrə şişin birseanslı fokuslaşdırılmış şüalanması təklif edilir. Bu metod dərindən planlaşdırılma, personaldan yüksək biliklər və xüsusi təlim tələb edir.
Bu müalicə kimlər üçün nəzərdə tutulub?
Bu müalicə yaşına, yanaşı xəstəliklərinə və əməliyyatın fəsadlarına səbəb ola biləcək dərman qəbulu səbəbindən
cərrahi əməliyyat məsləhət görülməyən xəstələr üçün nəzərdə tutulub.
Bu xəstəliyin digər radioterapevtik müalicə metodları varmı?
3-5 şüalanmadan ibarət metodlar da var, lakin birseanslı terapiya daha səmərəlidir.
Şüalanma xarici qurğudan aparılır, prosedur ağrısızdır.
Seans nə qədər davam edir və o, necə aparılır?
Seans 25-30 dəqiqə çəkir, fırlanan sürətləndiricidən istifadə edilir, xəstə bu zaman uzanmış vəziyyətdə olur.
Xaricdə olan personal xəstənin böyrəyini skan edir və şişin yerləşməsini dəqiq müəyyən edir.
Seansa hazırlıq tələb edilirmi?
Xəstə şüalanmanın planlaşdırılması üçün kompüter tomoqrafiyasına dəvət edilir. Bundan sonra həkim müalicə seansının planını tərtib edir və tarixini təyin edir.
Prosedur ağrılıdırmı?
Xeyr, xəstə heç nə hiss etmir.
Bu prosedurdan sonra insanlarla görüşmək olarmı?
Orqanizmə radioaktiv maddələr yeridilmədiyindən heç bir məhdidiyyət yoxdur.
Yan təsirləri hansıdır?
Adətən, bunlar minimaldır. Seansdan sonra ilk günlər ürəkbulanması və ya şüalanma yerində zəif ağrı mümkündür. Yan təsirinin profilaktikası üçün xəstələr ürəkbulanması və iltihaba qarşı resept alır.
Xəstə ilə bundan sonra nə baş verir?
Xəstə şişdəki dəyişiklikləri müşahidə etmək üçün kompüter tomoqrafiyasına göndərilir. Həmçinin qan analizi verilir.