Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Qəzzanı vurur: 300-dən çox ölü

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 310-a çatıb. Bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.

Ölənlərin əksəriyyətinin anklavın cənubunda yerləşən yaşayış məntəqələrinin sakinləri olduğu qeyd edilib.

Martın 18-i gecə İsrail Silahlı Qüvvələri Qəzza zolağına kütləvi zərbələr endirdiyini bildirib. “Axios” nəşrinin Baş nazir Benyamin Netanyahunun ofisindən aldığı məlumata görə, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəlib. Hücum qərarı Fələstin hərəkatının atəşkəsi pozmaq planları ilə əsaslandırılıb.