Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın İrana qarşı hərbi blokadasının başlaması fonunda İsrail ordusu istənilən hadisəyə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, hələlik mülki şəxslər üçün Daxili Cəbhə Komandanlığı tərəfindən təyin olunmuş təlimatlarda hər hansı bir dəyişiklik yoxdur və lazım gəldikdə ordu İranla müharibəni davam etdirə bilər.