Türkiyədə 19 yaşlı gənc liseyə hücm edib: Özünü öldürüb, 16 nəfəri yaralayıb
14 Aprel 2026
Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda liseyə silahlı hücum olub.
Silahlı şəxs tüfənglə 16 nəfəri yaralayıb. Xəsarət alan 16 nəfərdən 10-u şagird, 4-ü müəllim, biri polis, biri isə məktəb bufetinin əməkdaşıdır. Müəllimlərdən birinin vəziyyəti ağırdır.
Şanlıurfa valisi bildirib ki, hücumu törədən 2007-ci il təvəllüdlü şəxs daha əvvəl həmin liseydə təhsil alıb. Həmin şəxs özünü öldürüb.
Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.
Təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı araşdırma başlanılıb və təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.