Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail müharibənin yeni mərhələsini elan edib

İsrail hərbi əməliyyatların “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır.

“The Times of Israel” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Y.Qalant ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşdə deyib ki, İsrail müharibənin yeni mərhələsinin başlanğıcındadır.

Müdafiə naziri vurğulayıb ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi aydındır: ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması.