İsrail İran və "Hizbullah"ın zərbələri zamanı özünümüdafiə hüququndan istifadə edəcək
09 İyun 2026
İsrail tam özünümüdafiə hüququnu özündə saxlayır və Livanın "Hizbullah" hərəkatı tərəfindən gələn istənilən təhdidlərə sərt reaksiya verməyə hazırdır.
“Sky News” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu dövlət televiziyasında yayımlanan müraciətində bildirib.
Onun sözlərinə görə, İran və onun dəstəklədiyi "Hizbullah" qruplaşması zəifləyib, İsrail ərazisinə zərbələr isə dayanıb.
Bununla yanaşı o əlavə edib ki, əgər İran və "Hizbullah" İsrailə zərbələri bərpa edərsə, hakimiyyət qətiyyətli cavab verəcək və özünümüdafiə hüququndan istifadə edəcək.
Baş nazir həmçinin qeyd edib ki, İran və "Hizbullah"la mübarizə hələ başa çatmayıb.