Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran futbolçuları oyundan bir gün əvvəl ABŞ-yə gedə biləcəklər

İran milli komandasının futbolçularına Dünya Kubokunun hər oyunundan bir gün əvvəl ABŞ ərazisinə daxil olmağa icazə verilib. Bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.

Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

İran yığmasının düşərgəsi Meksikada yerləşəcək. Komanda qrup mərhələsindəki oyunlarını Kaliforniya və Sietldə keçirəcək. İran ilk matçını iyunun 15-də Yeni Zelandiyaya qarşı oynayacaq.

İranın Meksikadakı səfiri Əbülfəzl Pasəndidə bundan əvvəl bildirmişdi ki, futbolçular və texniki heyət ABŞ-yə yalnız oyun günü daxil ola və elə həmin gün də ölkəni tərk etməli olacaqlar.

Mehdi Tac isə yarırəsmi İSNA agentliyinə açıqlamasında bu məsələnin həll olunduğunu vurğulayıb: "Milli komandamıza oyundan bir gün əvvəl ölkəyə daxil olmağa icazə veriblər".

Dünya çempionatları tarixində ilk dəfə ev sahibi ölkə müharibə şəraitində olduğu bir dövlətin milli komandasını qəbul edəcək.

ABŞ tərəfi İran futbolçularının oyunlar zamanı ölkədə nə qədər qala biləcəyi ilə bağlı məsələni şərh etməyib. Bununla belə, ABŞ Dövlət Departamentindən bildirilib ki, İran yığmasının idmançı və texniki heyətinə dünya çempionatında iştirak üçün zəruri vizalar artıq təqdim olunub.